Logo
    main-post-cover

    Amerikalı proqramçı işdən çıxarıldıqdan şirkətin kompüter şəbəkəsini çökdürüb

    Təhlükəsizlik
    26.08.2025
    Emil
         Amerikalı proqramçı işdən çıxarıldıqdan sonra Windows əməliyyat sistemi ilə işləyən kompüter şəbəkəsini sıradan çıxaran və əməkdaşların hesablarını bloklayan zərərli funksiya yaratdığı və işə saldığı üçün 4 il müddətinə həbs cəzasına məhkum edilib. Çinli Davis Lu rəsmi olaraq Hyustonda qeydiyyatda idi və 2007-2019-cu illərdə qərargahı Ohayo ştatında yerləşən Eaton Corporation şirkətində çalışıb. İstintaqın versiyasına görə, 2018-ci ildə şirkətdə restrukturizasiya baş verdikdə və proqramçı vəzifədə endirildikdə, o, Windows-la işləyən korporativ kompüter şəbəkəsinə zərərli kod yerləşdirib.
         Bu kod sonsuz icra dövrü yaradan Java-axını işə salırdı və bu, şirkətin serverlərinə həddindən artıq yük gətirərək sistemlərin sıradan çıxmasına səbəb olurdu. Lu həmçinin IsDLEnabledinAD (“Active Directory-də Davis Lu hesabı aktivdirmi”) adlı funksiyanı yerləşdirmişdi. Bu funksiya onun Active Directory hesabı söndürüldükdə bütün istifadəçilərin hesablarını avtomatik olaraq bloklayırdı. Proqramçı 9 sentyabr 2019-cu ildə işdən azad edilib və onun hesabı deaktiv olunanda bir neçə min istifadəçi sistemə daxil ola bilməyib.
         Prokurorluğun məlumatına görə, Davis Lu-nun hərəkətləri bir neçə yüz min dollar maddi ziyana səbəb olub. Ona noutbuku qaytarmaq tapşırıldıqda, Lu cihazdan şifrələnmiş məlumatları silib. Daha sonra istintaq kompüterdə imtiyazların artırılması mexanizmləri, proseslərin gizli rejimə keçirilməsi və faylların sürətli silinməsi ilə bağlı axtarış sorğularını aşkar edib. Bu il Davis Lu qanunla qorunan kompüterlərə qəsdən ziyan vurmaqda təqsirli bilinib, 4 il azadlıqdan məhrumetmə və sonrakı 3 il inzibati nəzarət cəzasına məhkum olunub.
    Paylaş
    Bənzər xəbərlər
    google-play-den-umumilikde-19-milyon-defe-yuklenmis-77-zererli-tetbiq-silinib
    Təhlükəsizlik

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    77 zərərli Android tətbiqi ümumilikdə 19 milyondan çox yüklənmə ilə Google Play-də aşkar edilib və sonradan silinib. Təhlükə Zscaler ThreatLabs tədqiqat qrupunun mütəxəssisləri tərəfindən Anatsa bank troyanı (Tea Bot adı ilə də tanınır) ilə bağlı yeni yoluxma dalğasının təhlili zamanı müəyyən olunub.
    meta-qadagaya-baxmayaraq-gizli-sekilde-iphone-istifadecilerinin-melumatlarini-yigib
    Təhlükəsizlik

    Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb

    Meta reklamların effektivliyi göstəricilərini demək olar ki, 20% şişirdib və gəlirlərini artırmaq məqsədilə Apple-ın iPhone ilə bağlı məxfilik siyasətini qəsdən pozub. Bu barədə əmək mübahisələri üzrə məhkəmədə Meta-nın keçmiş məhsul meneceri Samujjal Purkayastha ifadə verib.
    perplexity-suni-intellekt-esasli-comet-brauzeri-istifadecilerin-bank-karti-melumatlarini-sizdirib
    Təhlükəsizlik

    Perplexity süni intellekt əsaslı Comet brauzeri istifadəçilərin bank kartı məlumatlarını sızdırıb

    Yeni süni intellekt əsaslı Comet brauzeri, Perplexity şirkəti tərəfindən hazırlanmasına baxmayaraq, fişinq hücumlarına və prompt inyeksiyalarına qarşı həssas olduğu üzə çıxıb.
    istifadecilerin-grok-ile-dialoqlari-muxtelif-axtaris-sistemlerinde-ortaya-cixib
    Təhlükəsizlik

    İstifadəçilərin Grok ilə dialoqları müxtəlif axtarış sistemlərində ortaya çıxıb

    Minlərlə istifadəçinin Elon Musk-ın xAI şirkətinə məxsus Grok çat-botu ilə dialoqları axtarış sistemləri vasitəsilə əlçatan olub.
    avropa-birliyinde-istifadeci-catlarinin-skan-qanunu-yeniden-teklif-edilib
    Təhlükəsizlik

    Avropa Birliyində istifadəçi çatlarının skan qanunu yenidən təklif edilib

    Avropa Birliyində sədrliyə başlayan Danimarka ilk addım olaraq “Chat Control” adlı qanun layihəsini yenidən təqdim edib. Ölkənin baş naziri Mette Frederiksen oktyabrın ortalarınadək bu qanunun qəbul olunması üçün bütün imkanları səfərbər etmək niyyətindədir.