Spotify TuneMyMusic inteqrasiyası ilə playlist transferini asanlaşdırır
Digər
24.11.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Spotify digər musiqi platformalarındakı pleylistləri öz xidmətinə keçirməyi daha da sadələşdirib. Şirkət mobil tətbiqinə TuneMyMusic xidmətini birbaşa inteqrasiya edərək istifadəçilərə Tidal, YouTube Music, Beatport və hətta Napster kimi platformalardan pleylistləri problemsiz şəkildə köçürməyə imkan verir.
Bu funksiya Spotify tərəfindən sıfırdan hazırlanmayıb. TuneMyMusic artıq uzun müddətdir pleylist transferi təklif edən populyar xidmətlərdən biridir. Oxşar şəkildə Soundiiz və SongShift də eyni işi görür. Apple Music də artıq SongShift-dən istifadə edərək öz import sistemini işə salmışdı.
Əvvəllər bu xidmətlərdən birbaşa istifadə etmək mümkün olsa da, onların pulsuz versiyalarında pleylist sayı və uzunluğu ilə bağlı məhdudiyyətlər olurdu. Spotify tətbiqi vasitəsilə inteqrasiya isə istifadəçilərə məhdudiyyətsiz, tam premium transfer imkanları verir (yalnız digər platformalardan Spotify-a keçid üçün). Yeni funksiyanın mobil tətbiqdə istifadəsi artıq qlobal olaraq bütün istifadəçilərə təqdim olunmağa başlayıb.
Paylaş
Bənzər xəbərlər
Digər
Spotify WhoSampled-i satın alıb
Spotify təsdiqləyib ki, şirkət həm WhoSampled komandasını, həm də onun geniş musiqi məlumat bazasını əldə edib.
Sosial Media
Spotify süni intellekt vasitəsilə yaradılmış mahnıları xüsusi olaraq işarələyəcək
Spotify süni intellektin musiqidə istifadəsində şəffaflığı artırmaq, spamla mübarizə aparmaq və icazəsiz səs klonlaşdırılmasının qarşısını almağa yönəlmiş siyasətində bir sıra dəyişikliklər elan edib.
Sosial Media
Məşhur şəxslərin Spotify-dakı musiqi zövqləri ortaya çıxıb
Musiqi xidməti Spotify istifadəçilərinin məxfiliyinə heç vaxt böyük diqqət ayırmayıb - platformada bütün playlistlər və profillər standart olaraq açıq vəziyyətdədir.
Proqram Təminatı
Spotify, yeni Deluxe abunəlik planı ilə Hi-Fi səs təcrübəsi təqdim edəcək!
Spotify, gözlənilən Hi-Fi audio təcrübəsini təqdim edəcək yeni Deluxe abunəlik planını açıqlayıb. Bəs, Spotify Deluxe paketinin qiyməti nə qədər olacaq və daha yüksək səs keyfiyyətindən başqa nə təklif edəcək?

Proqram Təminatı
Spotify 2024-cü ildə nə qədər gəlir əldə etdiyini açıqlayıb!
Spotify 2024-cü ilin birinci rübü üçün maliyyə hesabatını dərc edərək, neçə abunəyə sahib olduğunu və nə qədər gəlir əldə etdiyini açıqlayıb.
Ən çox oxunanlar