"Kontakt" Bakıxanovda sayca 2-ci mağazası yenilədi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
Digər
07.11.2025
Farid
“Kontakt” Bakı sakinlərini bu dəfə Bakıxanovdan sevindirdi. Şəbəkənin Bakıxanov qəsəbəsində yerləşən sayca ikinci mağazası müasir və yenilənmiş dizaynda müştərilərin ixtiyarına verildi. Təntənəli açılış günü əyləncəli musiqilər və sürpriz hədiyyələr ilə bütün ziyarətçilərə xoş anlarla yaşatdı.
Yenilənmiş dizaynlı bu 4 mərtəbəli mağazada sözün bütün mənalarında rahatlıq tam təmin olunub. Çünki bu mağazada siz rəqəmsal məhsullardan tutmuş kiçik və böyük məişət texnikasına, mebelə, ev tekstilinə qədər geniş kateqoriyada hər şeyi bir arada tapa bilərsiniz. Yəni, artıq alış-veriş zamanı müxtəlif mağazalar gəzmək məcburiyyəti tam olaraq aradan qalxır. Eyni zamanda,
Üstəlik, bu yenilənmiş Bakıxanov mağazasında açılışa özəl nağd alışda 60%-dək endirim kampaniyası başladılıb. Daha yaxşı xəbər isə, istədiyiniz məhsulun elə endirimli qiymətini yerindəcə 24 ayadək bölüb hissə-hissə ödəmək imkanı da var.
Qeyd edək ki, açılışa özəl kampaniya şərtləri noyabrın 9-dək keçərlidir. Bu günlər ərzində siz:
- 50 mp kameralı Oppo A5 smartfonunu 450 yox, 360 manata;
- 101 sm diaqonallı smart Hisense televizorunu 750 yox, 500 manata;
- 7 kq həcmə malik Electrolux paltaryuyanını 1200 yox, indi 600 manata;
- Quru və nəm səthi təmizləyə bilən Xiaomi S40 Pro tozsoranını 1000 yox, 550 manata;
- Baza və yataq mexanizmli Rest divanını 450 yox, 300 manata ala bilərsiniz.
Odur ki, siz də Bakıxanov Ticarət Mərkəzinin yanında yerləşən “Kontakt” mağazasına baş çəkərək həm endirimdən, həm bol çeşiddən vaxtında yararlana bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Digər
“Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd
Ölkədə həyata keçirdiyi sosial layihələrlə tanınan “Kontakt” mağazalar şəbəkəsi bu il Zəfər Gününün 5 illiyi münasibətilə təqdirəlayiq bir addım atıb. Şəbəkə “Gələcəyi Yazanlar” təhsil proqramı çərçivəsində əlavə 20 nəfərin tam - 100% təqaüdlü təhsil xərclərini qarşılayıb.
Cihazlar+
Kontakt.az-da iPhone 17 Pro Max satışları sürətlə davam edir
Bir müddətdir ki, texnologiya dünyasında ən çox gözlənilən hadisəsi Apple iPhone 17 Pro Max smartfonudur. Apple iPhone 17 Pro Max smartfonunun satışları kontakt.az saytı üzərindən sürətlə davam edir.
Digər
Yevlaxda ilk “Kontakt” izdihamı yaşandı – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
“Kontakt” mağazalar şəbəkəsi Azərbaycanın sevinc gətirdiyi bölgələri siyahısına daha birini əlavə etdi. Bu dəfə növbə Yevlax şəhərinə çatdı. Şəbəkənin açılış tədbirində rəngarəng və musiqili saatlar, hədiyyələr və bol endirimlər şəhər sakinləri üçün unudulmaz xatirə oldu.
Digər
“Kontakt”dan təqaüdlü təhsil proqramı – QEYDİYYATA SON 9 GÜN!
Ölkənin aparıcı pərakəndə şəbəkəsi “Kontakt” və peşəkar tədris proqramları ilə tanınan “Div Academy” gənclər üçün bu il də güclərini birləşdirib. Yeni dərs mövsümünə qədər gəlib çıxan “Gələcəyi Yazanlar” təqaüd proqramının II dalğasına qeydiyyatı artıq bitmək üzrədir.
Digər
“Kontakt” Gürcüstanın ən böyük mall-larından birində mağaza açdı
Artıq 4 ildən çoxdur ki, ölkəmizi xaricdə uğurla təmsil edən “Kontakt” Gürcüstanda yeni nailiyyətə imza atdı. Şirkət paytaxt Tbilisinin ən iri və ən çox ziyarət edilən ticarət mərkəzlərindən biri – “East Point”də sayca 5-ci mağazasının açılışını gerçəkləşdirdi.
Ən çox oxunanlar