Logo
    main-post-cover

    Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi

    Digər
    16.07.2025
    Emil
       Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı. Layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.  
        16 may 2025-ci il tarixindən etibarən başlanan və 3 aya yaxın davam edən layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçirilib. Proqram 2 kateqoriya üzrə baş tutub. Kiçik və Orta bizneslər və Mikro biznesləri əhatə edən kateqoriyada iştirak üçün 400-dən çox xanım sahibkar müraciət edib. 
          Bütün iştirakçılar She’s Next platformasında ödənişsiz onlayn mühazirə kursları keçmək imkanı əldə ediblər. Daha sonra layihənin şərtlərini uğurla tamamlayan – iştirakçı təcrübəli mentorların dəstəyi ilə final mərhələsinə hazırlanıb. Proqramın finalı 11 iyul 2025-ci ildə Bakıda keçirilib. Tədbir zamanı finalçılar layihələrini peşəkar münsiflər heyətinə təqdim ediblər. Təqdimatların nəticələrinə əsasən, hər iki kateqoriyada 3 nominasiya üzrə qalib ələn iştirakçılara bizneslərinin inkişafı üçün pul mükafatları təqdim edilib. Kiçik və Orta Bizneslər kateqoriyasında 3-cü yerin və 5000 manatın sahibi topdan və pərakəndə kosmetika, eləcə də məişət kimyası satışı ilə məşğul olan Cəmilə Quliyeva olub. “Bellabaci” kosmetika distribütor şirkətinin təsisçisi Gülarə Cumayeva isə 2-ci yerə və 10 000 manat mükafata layiq görülüb. 15 000 manat pul mükafatına və kateqoriyanın qalibi adına “Coffee 9bar” və “Street 9bar” biznesi ilə  Türkan Eyyubova layiq görülüb.
         Mikro Bizneslər kateqoriyası da sahibkar xanımların qalibiyyət uğrunda mübarizəsi ilə yadda qalıb. Qidalanma pozğunluğu mövzusunda təlimçi və məsləhətçi Şəlalə İbrahimova 5000 manatı qazanaraq layihənin 3-cü pilləsində qərar tutub. 2-ci yerə, həmçinin 10 000 manat pul mükafatına 2-6 yaş uşaqlar üçün inkişaf və təhsil proqramları üzrə ixtisaslaşmış təlim mərkəzinin təsisçisi Nigar Cəbiyeva sahib olub. Kateqoriyanın əsas mükafatını, yəni 15 000 manatı və qalib adını soyuq presləmə üsulu ilə təbii sabun istehsalı biznesinin, “Le miracle d'Asunta”-nın təsisçisi Asunta Adıgözəlova qazanıb. 
        Tədbirdə həmçinin Visa və Birbank Biznes Azərbaycanda ilk birgə ko-brend biznes kartı olan She's Next kartının istifadəyə verildiyi elan edilib. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə bir-birindən maraqlı və faydalı imtiyazlar təqdim edir. 
         Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
    Paylaş
    Bənzər xəbərlər
    kapital-bank-2025-ci-ilin-2-ci-rubu-uzre-maliyye-neticelerini-elan-edib
    Digər

    Kapital Bank 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

    Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 iyul 2025-ci il tarixinə 12.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub.
    batareyalari-tehvil-ver-tebieti-qoru-layihesi-cercivesinde-96-kq-islenmis-batareya-toplanaraq-tehvil-verilib
    Digər

    “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib

    İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.
    bir-ekosistem-olkenin-en-boyuk-e-ticaret-platformasi-birmarket-ile-daha-da-guclenir
    Digər

    Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

    Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi-nin mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması Umico rebrendinq edərək müştərilərinə Birmarket adı ilə xidmət göstərir.
    birbank-bahar-lotereyasinin-qaliblerine-hediyyeler-teqdim-olundu
    Digər

    Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

    Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.
    kapital-bank-in-po-growth-inkisaf-proqrami-geleceyin-mehsul-sahiblerini-yetisdirir
    Digər

    Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

    Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf proqramı uğurla başa çatıb.