Logo
    main-post-cover

    Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib

    Digər
    22.05.2025
    Emil
        21-22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia 2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib. Tədbir çərçivəsində regionda rəqəmsal inkişaf imkanlarının genişləndirilməsi, inklüziv rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal infrastrukturun inkişafı, investisiya imkanları və dayanıqlı tərəfdaşlıqların qurulması kimi aktual mövzular müzakirə olunub.
      “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri cənab Şerzod Şermatov, GSMA-nın baş direktoru Vivek Badrinath və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) baş katibinin müavini Tomas Lamanauskas kimi yüksək vəzifəli şəxslərlə yanaşı forumun açılış sessiyasında çıxış edib.
        “Rəqəmsal transformasiya sərhəd tanımır. Bu yol ümumi vizyon, regional əməkdaşlıq və birgə səylər tələb edir”, - deyə Zərinə Zeynalova bildirib. 
        Z. Zeynalova Azercell-in son iki il ərzində Bakıda ev sahibliyi etdiyi “M360 Eurasia”nın nəticələrinə toxunaraq formalaşmış texnoloji dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
       Daha sonra “Avrasiyanın rəqəmsal potensialı” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Z. Zeynalova Azercell-in şəbəkə modernizasiyası üzrə genişmiqyaslı layihəsini və Aztelekom-un “Onlayn Azərbaycan” təşəbbüsünü ölkənin rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib.
        Eyni zamanda, Z. Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılması və ən əsası insan kapitalına yönəlmiş uzunmüddətli investisiyaların strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib: “Məqsədimiz innovasiya və peşəkar insan resursları əsasında formalaşan gələcək nəsil rəqəmsal ekosistemi qurmaqdır.” 
       Forum çərçivəsində iştirakçılar sektorlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsal suverenliyin təmin olunması və regionun texnoloji liderlik potensialının artırılması istiqamətində fikir mübadiləsi aparıblar. “M360 Eurasia 2025” Avrasiyanın Asiya ilə Avropa arasında strateji rəqəmsal körpü rolunu bir daha təsdiqləyib.
    Paylaş
    Bənzər xəbərlər
    qizlarin-stem-de-yukselisi-proqraminin-qalibleri-aciqlandi
    Digər

    “Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı

    "Huma Quşu" təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb.  Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub.
    azercell-resmi-olaraq-ela-is-yeri-kimi-taninib
    Digər

    Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

    Lider mobil operatorun sağlam və inkişafyönümlü iş mühiti yaratmaq istiqamətində göstərdiyi səylər beynəlxalq səviyyədə qiymətləndirilib
    ada-universitetinin-12-telebesi-azercell-de-tecrube-kececek
    Digər

    ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

    İnsan kapitalının dayanıqlı inkişafına dəstək verən Azercell ADA Universitetinin keçirdiyi “İşəgötürülmə qabiliyyəti həftəsi 2025” (“Employability Week 2025”) çərşivəsində tələbələr üçün silsilə seminarlar və interaktiv sessiyalar təşkil etdi.
    azercell-in-desteyi-ile-fealiyyet-gosteren-usaq-qaynar-xettine-2025-ci-ilin-birinci-rubunde-940-muraciet-daxil-olub
    Digər

    Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub

    2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinə ümumilikdə 940 müraciət qeydə alınıb. Bu zənglərin 163-ü psixoloji problemlər, 147-sı hüquqi yardım, 94-ü sosial məsələlər, 48-i təhsil, 17-si səhiyyə hüququ ilə bağlı olub. Zənglərin 471-i ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.
    azercell-in-tecrubesi-filip-kotlerin-muasir-marketinqin-esaslari-kitabinda-yer-alacaq
    Digər

    Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

    Dünyaca məşhur tədris vəsaitinin Azərbaycan nəşri ölkənin rəqəmsal transformasiyasında Azercell-in aparıcı rolunu gündəmə gətirəcək