Logo
    main-post-cover

    Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

    Digər
    15.06.2025
    Emil
        Azercell Amazon Web Services ilə əməkdaşlıq çərçivəsində tələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə "DataMinds Azercell" bootcamp təşəbbüsünü elan edir. 
        Bu proqram Azərbaycanda data sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, layihə tələbələrin akademik biliklərinin müasir sənayenin tələbləri ilə uzlaşdırılmasına dəstək göstərərək, onların peşəkar mütəxəssislər kimi formalaşmasını hədəfləyir. 
        21 iyul – 5 sentyabr tarixlərində keçiriləcək intensiv proqram Amazon Web Services-in qabaqcıl hibrid cloud texnologiyaları təminatı ilə DataOps, MLOps və Generativ AI sahələrini əhatə edəcək. Dərslər Azercell-in Data və AI komandasında çalışan ekspertlər tərəfindən keçiriləcək.
        Proqram STEM ixtisasları üzrə təhsil alan və Big Data və Süni intellekt sahəsində karyera qurmaq istəyən 3-4-5-ci kurs bakalavr, həmçinin magistratura tələbələri üçün nəzərdə tutulub. Proqramda iştirak etmək istəyən gənclər 27.06.2025 tarixinədək bu link üzərindən qeydiyyatdan keçməlidirlər.
        Namizədlər üç mərhələli seçim prosesi çərçivəsində proqram tələblərinə uyğunluq, dil və bacarıq testləri və müsahibələr əsasında dəyərləndiriləcəklər. Yekunda 25 tələbə proqramda iştirak hüququ əldə edəcək.
        Proqramı uğurla bitirən iştirakçılar sertifikatla təltif olunacaq və Azercell-də data sahəsi üzrə təcrübə keçmək imkanı əldə edəcəklər. 
        Ətraflı məlumat və suallar üçün: DataMinds@Azercell.com
    Paylaş
    Bənzər xəbərlər
    azercell-abunecilerine-tarif-odenisi-esasinda-fasilesiz-istifade-imkani-yaradir
    Digər

    Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

    19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir.
    azercell-in-genc-istedadlara-desteyi-daha-bir-beynelxalq-ugurla-neticelendi
    Digər

    Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi

    Azərbaycanlı məktəbli Asia Pasifik İnformatika Olimpiadasında medal qazandı
    azercell-mektebliler-ucun-kibermaariflendirme-proqramina-start-verdi
    Digər

    Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi

    Ölkənin lider mobil operatoru rəqəmsal savadlılığın artırılması və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Şirkət Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqda “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na başlayıb.
    isguzar-qadinlar-novbeti-defe-she-congressde-bir-araya-geldi
    Digər

    İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi

    Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti “She Congress” baş tutdu.  500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı.
    a-solutions-ept-mmc-nin-bas-icraci-direktoru-hesen-hesenov-m360-eurasia-2025-de-reqemsal-inkisafda-terefdasliqlarin-ehemiyyetinden-danisib
    Digər

    A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

    21-22 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan M360 Eurasia 2025 tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub. Sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.